"Naxçıvanda vəkillərin sayı artırılacaq" - Anar Bağırov

Hazırda oxunan: "Naxçıvanda vəkillərin sayı artırılacaq" - Anar Bağırov

124585

Naxçıvan Muxtar Respublikasında vəkillik sahəsində dönüş olacaq, vəkillərin sayı artırılacaq, islahatlar aparılacaq, insanlara yüksək keyfiyyətli hüquqi yardım göstəriləcək. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndə heyəti bu məqsədlə hazırda Naxçıvanda səfərdədir. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Naxçıvanda səfərdə olan Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov bildirib. 

Onun sözlərinə görə, “Heydər Əliyev İli” çərçivəsində sabah və ümumiyyətlə, ilin sonuna kimi hər təqvim ayının 10-da Naxçıvan Muxtar Respublikasında vətəndaşlar üçün pulsuz hüquqi yardım aksiyaları keçiriləcək:

“İstəyirik ki, Naxçıvanda mütəmadi olaraq ali məktəblərdə vəkilliyə qəbul aparılsın. Gənc hüquqşünasları vəkilliyə dəvət edəcəyik. Bu baxımdan bizim işimiz Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsi ilə əlaqəli olacaq”. 

A.Bağırov sabah keçiriləcək konfransla bağlı məlumat verərək tədbirdə vəkillik sahəsində Naxçıvanda və ümumiyyətlə Azərbaycandakı mövcud problemlərin müzakirə olunacağını vurğulayıb:

“Məqsədimiz odur ki, problemlər aradan qalxsın, hər bir vətəndaşın hüquqi yardım hüququ təmin olunsun, nəticə etibarilə keyfiyyətli hüquqi yardım göstərilsin". 

Qeyd edək ki, sabah Naxçıvanda “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans keçiriləcək.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin