"İran tərəfi istintaqın real aparılmasına maneələr yaradır. Azərbaycan tərəfi ilə bu istiqamətdə əməkdaşlıq etmək istəmirlər. Bu özü onu göstərir ki, Azərbaycanın İrandakı səfirliyinə olan silahlı basqın terror aktıdır. İran tərəfi bu hadisəyə nə qədər müxtəlif don geyindirməyə çalışsa da ölkə başçısı cənab İlham Əliyev bu hadisənin terror aktı olduğunu, Azərbaycana qarşı atılan bir addım olduğunu hadisə baş verən gün bildirdi".
Bu açıqlamanı Bizim.Media-nın yerli bürosuna Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid olan səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun atası Rizvan Əsgərov verib. Onun sözlərinə görə artıq bir çox ölkələr, o cümlədən Avropa ölkələri Azərbaycan səfirliyinə olan silahlı hücumla bağlı öz fikirlərini bildiriblər və bu hadisəni pisləyiblər.
Şəhidin atası ölkə başçısının nəzarətində olan bu terror hücumunun real araşdırılmasını istəyir:
"Mən inanıram ki, dövlət başçımızın terror aktı olduğunu dəfələrlə qeyd etdiyi bir hadisəni hansısa məişət zəminində baş verən hadisə kimi təqdim etmə İrana uğur gətirməyəcək. Sosial şəbəkələrdə, internet və televiziyalar vasitəsilə baş verən silahlı hücumun görüntüləri yayımlanıb. Bunlar faktdır. Həmin video görüntülərdə də aydın görünür ki, səfirliyimizə hücum edən şəxs xüsusi hazırlanıb".
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
13:12 / 09.03.2023
Şəhid Orxan Əsgərovun atası İranı İTTİHAM ETDİ: “İstintaqın işinə maneələr yaradılır”
Hazırda oxunan: Şəhid Orxan Əsgərovun atası İranı İTTİHAM ETDİ: “İstintaqın işinə maneələr yaradılır”
Hazırda oxunan: Şəhid Orxan Əsgərovun atası İranı İTTİHAM ETDİ: “İstintaqın işinə maneələr yaradılır”
124572
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.