101 yaşlı İsmayıllı sakini peyvənd edildi

Hazırda oxunan: 101 yaşlı İsmayıllı sakini peyvənd edildi

12457

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində bütün bölgələrdə olduğu kimi, İsmayıllı rayonunda da əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla davam edir.

Rayon İcra Hakimiyyətindən Bizim.Media-ya verilən məlumata görə, əslən İsmayıllının Xankəndi kəndindən olan 1920-ci il təvəllüdlü Ziliyeva Şamama Sədir qızına səyyar tibb işçiləri tərəfindən öz evində peyvənd vurulub.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda 100 yaşlı qadın peyvənd olundu - FOTO


Könüllü olaraq nəvəsi tərəfindən qeydiyyatdan keçən Şamama nənə 101 yaşının olmasına baxmayaraq, peyvəndin vurulmasının vacib olduğunu və vaksindən sonra özünü yaxşı hiss etdiyini qeyd edib.

Məlumat üçün bildiririk ki, bir neçə gün öncə də 100 yaşlı 1921-ci il təvəllüdlü Təzəkənd kənd sakini Səfərova Dosdu Məlik qızıda peyvənd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin