İlham Əliyev Rosen Plevneliyevə təbrik məktubu ünvanlayıb

Hazırda oxunan: İlham Əliyev Rosen Plevneliyevə təbrik məktubu ünvanlayıb

124560
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti  Rosen Plevneliyevə ölkənin milli bayramı münasibəti ilə təbrik məktubu ünvanlayıb.

Moderator.az-ın xəbərinə görə, məktubda deyilir:

“Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Zəngin ənənələrə malik olan Azərbaycan-Bolqarıstan əlaqələri bu gün dinamik və hərtərəfli inkişaf yolundadır. Genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, müxtəlif sahələrdə səmərəli əməkdaşlığımız xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsi ilə müşayiət olunur.

Ümidvaram ki, Azərbaycan-Bolqarıstan dostluğu və əməkdaşlığının möhkəmlənməsi və inkişafı yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına daim sülh və rifah arzulayıram”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin