Ağstafa rayonu ərazisində əkin sahələrinin su ilə təminatında olan mövcud problemlər aradan qaldırılacaq.
Bu barədə Bizim.Media-nın yerli bürosuna məlumatı rayon icra hakimiyyətindən verilib.
Bildirilib ki, bu məqsədlə uzun illər fermerlərə xidmət edən və artıq istismar müddətini başa vuran nasos stansiyası yenidən qurulur.
Həmçininə rayonda əkin sahələrinin suvarma suyu ilə təminatında əsas rol oynayan nasos stansiyasının inşası, eləcə də suvarma kanallarının beton üzlüyə alınması istiqamətlərində işlər sürətlə davam etdirilir. Bu işlər başa çatdırıldıqdan sonra rayonda əkin sahələrinin suvarılmasında çətinlik yaranmayacaq.
İcra hakimiyyətindən onu da əlavə ediblər ki, rayon ərazisində suvarmada 4 mənbədən istifadə edilir. Bunlar-Ağstafaçay su anbarı, Həsənsu çayı, Ağ göl su anbarı və subartezian quyularıdır. Əkin sahələrinin 4203 hektarının su ilə təminatı rayon ərazisində fəaliyyət göstərən 266 subartezian quyusu vasitəsilə həyata keçirilir. Cari il 74 subartezian quyusunda təmir işləri aparılıb, nasaz mühərriklər yenisi ilə əvəz olunub. Nasos hissəsində aşınmaya məruz qalan hissələr də yenilənib. Ötən il 6 subartezian quyusunun qazılmasına başlanılıb. 2023-cü ildə il rayon ərazisində daha 13 subartezian quyusunun qazılması planlaşdırılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:34 / 09.03.2023
Ağstafada suvarma problemləri necə həll OLUNACAQ?
Hazırda oxunan: Ağstafada suvarma problemləri necə həll OLUNACAQ?
Hazırda oxunan: Ağstafada suvarma problemləri necə həll OLUNACAQ?
124520
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.