“Bir sıra xəbər saytlarında “Unibank” mühafizəçisinin döyülməsi haqda yayılmış məlumatlarla bağlı bildiririk ki, Bankın Təbriz küçəsi 94 ünvanında yerləşən “Nərimanov” filialında hər hansı insident qeydə alınmayıb”.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu barədə “Unibank”ın yaydığı məlumatda deyilir.
Məlumatda bankın, ümumiyyətlə, Bağırov Lətif İsmayıl oğlu adlı əməkdaşının olmadığı bildirilib.
“Media orqanlarından Media qanunvericiliyinə və media etikasına uyğun olaraq, “Unibank”la bağlı hər hansı xəbəri yazmazdan əvvəl bankdan və yaxud xəbərin təyinatına uyğun olaraq, aidiyyatı rəsmi qurumlardan dəqiqləşdirməyi xahiş edirik”, - deyə qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:23 / 09.03.2023
“Unibank”dan “Nərimanov” filialında baş verən insidentlə bağlı AÇIQLAMA
Hazırda oxunan: “Unibank”dan “Nərimanov” filialında baş verən insidentlə bağlı AÇIQLAMA
Hazırda oxunan: “Unibank”dan “Nərimanov” filialında baş verən insidentlə bağlı AÇIQLAMA
124515
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.