Abşeron yarımadasında artıq ciddi su qıtlığı yaşanır. Təsadüfi deyil ki, “Azərsu” ASC bəzi ərazilərə suyun verilməsini qrafik əsasında aprır. Səbəbsə Bakı və Sumqayıtın suya olan ehtiyacını ödəyən Ceyranbatan su anabarında suyun kəskin azalmasıdır. Bunun da səbəbi anbara ötürülən suyun həcmi ilə bağlıdir.
Məsələ ilə bağlı ekoloq Ənvər Əliyevin fikirlərini öyrəndik.
Bizim.Media-ya açıqlamasında o, bildirdi ki, su qıtlığının tək səbəbi ölkəmizə yağıntıların az düşməsidir:
“Düşən də qar şəklində düşür. Onunda əriməsi zaman istəyir. Azərbaycanda onsuz da yağıntılar qışın axırı, yazın əvvəlləri başlayır. Amma ona kimi dözmək mümkün deyil. Taxıl sahələri və digər yazlıq əkinlər suvarma suyu istəyir. Çox təəssüf ki, bütün su mənbələrində su azalıb. O cümlədən də Ceyranbatan su anbarında yığılan suyun səviyyəsi çox aşağı düşüb.
Suyun azalması həm də ekoloji fəlakət yaradır. Çünki, Ceyranbatan su anbarında canlılar var ki, onlar suyu təmizləyir, suya öz qatqılarını verirlər. Suyun səviyyəsi aşağı düşdüyündən həmin canlıların da məhv olma təhlükəsi artır”.
Ekoloq onu da qeyd etdi ki, Taxtakörpu su anbarında da suyun səviyyəsi əvvəlki illərlə müqayisədə xeyli aşağı düşüb:
“Hələ Samur çayını demirəm. SSRİ dövründə Samurçayın su ehtiyatının 75 faizini biz istifadə edirdik. Amma indi bu rəqəm 50 faizə düşüb. Bu da əlavə çətinlik yaradır. Əgər quraqlıq daha bir ay davam etsə, ölkə çox ciddi problemlərlə üz-üzə qalacaq. Amma aprelin ikinci yarısından qarların əriməsi ilə bağlı müəyyən ehtiyat olacaq. O vaxtadək dözmək lazımdır”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:00 / 08.03.2023
Bu tarixədək Abşeron yarımadasında ciddi su qıtlığı yaşanacaq - Ekoloqdan XƏBƏRDARLIQ
Hazırda oxunan: Bu tarixədək Abşeron yarımadasında ciddi su qıtlığı yaşanacaq - Ekoloqdan XƏBƏRDARLIQ
Hazırda oxunan: Bu tarixədək Abşeron yarımadasında ciddi su qıtlığı yaşanacaq - Ekoloqdan XƏBƏRDARLIQ
124409
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.