Toivo Klaarın dəstək verdiyi məsələyə Tofiq Zülfüqarovun MÜNASİBƏTİ

Hazırda oxunan: Toivo Klaarın dəstək verdiyi məsələyə Tofiq Zülfüqarovun MÜNASİBƏTİ

124400

Artıq 3 aya yaxındır ki, azərbaycnlı ekoaktivistlər ölkəmizə məxsus qızıl, mis mədənlərinin qanunsuz olaraq istismarına son qoymaq Laçın yolunda etiraz aksiyası keçirirlər. Aksiyadan məqsəd həm də Azərbaycan ərazisi olan Qarabağa ermənilər tərəfindən qanusuz silah-sursatın, hərbi dəstələrin gətirilməsinin qarşısını almaqdır.

Bu əsasda da Bakı tələb edir ki, səthəddə, o cümlədən Laçın yolunda nəzarət-buraxılış məntəqələri yaradılsın.  

Maraqlıdır ki, Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar da bu prosesi dəstəklədiyi barədə açıqlama verib. O, Laçın yolunda nələrin daşınması ilə bağlı şəffaflığın təmin olunması ideyasının tamamilə legitim olduğunu bəyan edib. 

“Çünki biz Laçın yolundan gərginliyi daha da artıran məhsulların daşınmasını, hər hansı hərbi və ya qeyri-qanuni məqsədlər üçün istifadə olunmasını istəmirik. Şəffaflıq tamamilə qanunidir.

Məncə, bu şəffaflığın əldə olunması ilə bağlı hansı yolların, vasitənin olması müzakirələrin və danışıqların mövzusudur”.

Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, Klaarın belə mövqe sərgiləməsi Azərbaycanın Laçın yolunda qanuni şəkildə nəzarət-keçid məntəqəsi yaratmaq istəyinin beynəlxalq qurumlar tərəfindən dəstəkləndiyinin göstəricisidir: 

“Bu həm Avropa İttifaqı, həm də ABŞ-ın mövqeyidir. Qərb bölgəmizdə istənilən kommunikasiyaların bu və ya digər dövlətin suverenlik hüququ çərçivəsində istifadə edilməsinin tərəfdarı olduğunu bəyan edib. Hətta Zəngəzur dəhlizinə aid də onların bu sayaq bəyanatı var.
Belə mövqe isə Azərbaycanın Laçın yolu və ümumiyyətlə sərhəddə qanuni əsasda nəzarətin tətbiq olunması istəyinə Qərbin verdiyi açıq dəstəkdir. Əminəm ki, Azərbaycanın qanuna uyğun olaraq Laçında nəzarət-keçid məntəqəəsini yaratmaq istəyi artıq beynəlxalq qurumlar tərəfidən də dəstək alır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin