Müdafiə Nazirliyinin təşkilatçılığı ilə azad edilən ərazilərdə xidmət edən hərbi qulluqçuların döyüş hazırlığı və döyüş növbətçiliyi, eləcə də onların sosial-məişət şəraiti ilə tanış olmaq məqsədilə media nümayəndələri üçün növbəti mediatur təşkil edilib.
Müdafiə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, media nümayəndələri bu ərazilərdə dislokasiya olunan bölmələrdə və döyüş mövqelərində yaradılan şəraitlə tanış olub, hərbi qulluqçuların fəaliyyətini izləyib, çəkilişlər aparıb və hərbçilərdən müsahibələr götürüblər.
Hərbi qulluqçular onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edib, azad olunan ərazilərdə xidmət etməkdən qürur duyduqlarını bildiriblər.
Mediatur çərçivəsində azad olunmuş ərazilərdə xidmət edən bir qrup qadın hərbi qulluqçuya və mülki işçiyə, o cümlədən tədbirdə iştirak edən qadın jurnalistə gül dəstələri və hədiyyələr təqdim olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:37 / 08.03.2023
Hərbçilərimiz Qarabağa gedən jurnalistlərə müsahibə verdi - MEDİATUR
Hazırda oxunan: Hərbçilərimiz Qarabağa gedən jurnalistlərə müsahibə verdi - MEDİATUR
Hazırda oxunan: Hərbçilərimiz Qarabağa gedən jurnalistlərə müsahibə verdi - MEDİATUR
124399
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.