111 QIZILGÜL alan kişi piyada getdi - 8 MARTDA paytaxt küçələrində nə baş verir? - REPORTAJ 

Hazırda oxunan: 111 QIZILGÜL alan kişi piyada getdi - 8 MARTDA paytaxt küçələrində nə baş verir? - REPORTAJ 

124363

Bu gün erkəndən şəhərin boşalmış küçələrində ancaq kişilərin harasa tələsdiyini görmək mümkündür. Çoxsunun da qucağı çiçək doludur. Mənzərə, təbii ki, çox gözəldir və hər kəsin dodağında təbəssüm qaçışır. Çünki Azərbaycan kişisi o qədər də sevgisini aşikar biruzə verənlərdən deyil. Amma nə etməli, bu gün əziz xanımların xatiri üçün xarizmasına söz etdirmək belə günah deyil. Axı, 8 Mart Beynəlxalq Qadınlar günüdür. Qadın könlünə isə yol kişilər kimi deyil ki, mədəsindən getsin, onları daha çox özləri kimi zərif və bənzərsiz çiçəklərlə sevindirmək lazımdır. 

Bizim.Media saytı olaraq biz də bu bayram günündə şəhərimizin müxtəlif yerlərində hədiyyələr dalınca qaçışan kişilərin peşinə düşdük. 

Gül mağazasının sahibi Kamran Abbaszadə: 

“8 mart bayramı ərəfəsində ən çox satılan gülümüz güllərin şahı olan qızıl güllərdir. Vətəndaşlar ən çox qızıl gülə maraqı çox göstərir. Digər güllərdən də alanlar olur. Bayram ərərfəsində ən çox gül alan vətəndaşımız 111 ədəd alıb. 1 ədəd gül alanlar da var. 111 ədəd qızılgül alan o bəy hədiyyəni aparmaq üşün taksi sifariş vermədi, dedi, öz əllərimdə aparacam, qoy hamı görsün və xanımlarına dəyər verməyi öyrənsinlər. Hər yaş təbəqəsindən gül alan bəylərimiz mövcuddur. Bizim mağazamız 28 may yaxınlığından yerldiyi üçün ən çox bizdən tələbələr güllər alır". 

Paytaxt sakini Şirin Hüseynov isə deyir ki, 8 mart bayramı münasibəti ilə bütün qadınların bayramını təbrik edirəm:

“Başda anam olmaqla bütün qadınlarına bayramı mübarək olsun. Onlara uzun ömür can sağlığı arzulayıram. Məndə gül hədiyyə almışam və çatdıracağım ünvana aparıram”. 

Elnur Mirzəyev isə deyir ki, 8 mart bayramında mənim fikrimcə xanımlarımıza hədiyyə olaraq qalıcı gül almaq daha məqsədə uyğun olardı:

“Qalıcı güllərin, dibçəklərin hədiyyə edilməsinə daha çox üstünlük verirəm, qadınlar çiçəklə və ona qulluq etməklə daha gözəldirlər. Bu gözəl mənzərəni kənardan seyr edəndə başa düşürsən ki, qadın əli olmadan dünyada heç bir gözəllik mövcud ola bilməz”. 

Digər müsahibizmiz Turab Əliyevsə söyləyir ki, mənim düşüncəmlə xanımlarımıza ən gözəl hədiyyə elə özümüzük: 

“Mənim fikrimcə, Azərbaycan kişisinin ən az etdiyi jest belə çox səmimidir, onda bir sahiblənmə olsa da, amma qoruyuculuq da var. Özüm isə arzulayıram ki, bəylərimiz xanımıarın qədrini yaxşı bilərsə o zaman hər şey çox gözəl olacaq. Məndə sevdiyim xanıma gül almışam və bu gün onun bayramını bu hədiyyə ilə təbrik edəcəm".

Bunca kişilərdən münasibət almışkən, düşündük ki, görək qadınlarımız bizdən hansı hədiyyəni gözləyir. İlk Bizim.Media-ya danışan da Mədinə xanım Oruczadə oldu: 

"Mən 8 mart bayramında mənə hədiyyə olara gül vermələrini sevirəm. Gülün yanında mənə ətir və ya hər hanaısa bir zinyət əşyası hədiyyəsi versələr o da pis olmaz. Amma elə belə zinyət əşyası yox qızıldan sep və ya üzük olsa daha çox sevinərəm. Mən də artıq anam və nənəm üçün hədiyyələri vermişəm. Üstündə gül də hədiyyə etmək fikrim var”.

Paytaxt sakini Nailə İmanova da deyir ki, 8 mart bayramında məni ən çox sevindirən hədiyyələrdən biri güldür:

“Ən çox qızılgül və nərgiz güllərini bəyənirəm. Digər hədiyyələrə də vmünasibətim pis deyil. Hədiyyəni kim sevməz ki? Bəylərimizə isə bir az ciddi, amma daha həssas olmalaırını arzulayıram. Var olun, birlikdə olaq”. 

Bax beləcə, 8 mart günü şəhərimizdəki qaçışan kişilərlə dolu mənzərəni sizə təqdim etdik.

Bayramınız mübarək olsun, əziz qadınlarımız. Qadın gülərsə, dünya gülər!

Ziya Yaqubzadə, Bizim.Media












© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin