22 il əvvəl Masallıda törədilmiş quldurluq cinayətinin üstü açılıb.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya bildirilib ki, 2001-ci il fevral ayının 16-da saat 21 radələrində Masallı rayonunun Yeyenkənd kəndində yaşayan Gülhüseyn Nəcəfovun evinə girmiş 3 nəfər maskalı şəxs onu avtomat və lüləsi kəsilmiş tüfənglə hədələyib, 500 ABŞ dolları, rubl (məbləği müəyyənləşdirilir) pul, qızıl üzük və mobil telefonunu alaraq hadisə yerini tərk etmişlər.
Faktla bağlı elə həmin vaxt CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd olunan cinayətin törədilməsi ilə əlaqədar bu günlərdə daxil olmuş əməliyyat məlumatları əsasında Masallı RPŞ əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə cinayəti törədənlərin şəxsiyyəti müəyyən olunub. Belə ki, Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş 1964-cü il təvəllüdlü Cəlal Qəhrəmanov tutulmuş, cinayəti törətməkdə şübhəli bilinən digər iki nəfərin - 1967-ci il təvəllüdlü Cümşüd Nəzərovun və 1969-cu il təvəllüdlü Elşən Abbasovun vəfat etmələri məlum olub.
Tutulmuş C.Qəhrəmanov 22 il əvvəl birgə törətdikləri quldurluq cinayətini etiraf edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:07 / 08.03.2023
Masallıda 22 il əvvəl törədilən cinayətin üstü açıldı
Hazırda oxunan: Masallıda 22 il əvvəl törədilən cinayətin üstü açıldı
Hazırda oxunan: Masallıda 22 il əvvəl törədilən cinayətin üstü açıldı
124360
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.