Xocalıda orqan mafiyası izi... - Erməni generalın dəhşətli etirafları

Hazırda oxunan: Xocalıda orqan mafiyası izi... - Erməni generalın dəhşətli etirafları

124327
“Hazırda Kanadada yaşayan erməni genaral Vasili Stardiyan etiraf etdi ki,  o, Xocalıdan və Qaradağlı kəndindən girov götürdükləri 170 uşağın böyrəyini və prostat vəzini əməliyyat etdirib. Daha sonra isə Avropada və Amerikada satıb.  Yaşayan bir ölü olduğunu gizlətməyən Vasili Stardiyan o gündən bəri hər gecə həmin uşaqların yuxusuna girdiyini də etiraf edib”x9d.

Bunu Moderator.az-a açıqlamasında azərbaycanlı jurnalist Əli Rzaoğlu deyib.

Nəzərinizə çatdıraq ki, Əli Rzaoğlu “Xocalı faciəsi ermənilərin dili ilə”x9d adlı sənədli film çəkir. Tam fərqli bir formatda çəkilən sənədli filmdə Xocalı soyqırımını törətdiklərinə görə peşman olan və ya olmayan 34 erməni general, əsgərini danışdırmağa çalışacaqlar. Dünyanın müxtəlif ölkələrində yaşayan həmin generalların artıq müəyyən bir hissəsi danışıb.  

Jurnalist sənədli filmdə yer almış maraq doğuracaq bir faktı da açıqlayıb. “Məni ən çox təsirləndirən İsabekov soyadlı bir Qazax türkünün ermənilərlə birləşib Xocalı Soyqırımında iştirak etməsidir. İsabekovun ailəsi, ana və atası bu müharibədən dolayı ondan imtina ediblər, hazırda Qazaxıstanda tək yaşayır. Özü ilə danışmaq imkanım oldu, o, "məni Azərbaycan xalqının gözü qarşısında güllələsinlər”x9d dedi. Xocalı soyqırımı baş verən gecə  erməni və rus əsgərləri ilə birlikdə Xocalıya hücum etməkdən imtina etdiyinə görə 5 türkmən qardaşımızı ermənilər qətlə yetiriblər. Bütün bunları Asala, Avo və rus generalı Savalyov edib”x9d. 

Qeyd edək ki, müəllif sənədli filmin Xocalı soyqırımının 25-ci ildönümünə hazırlanmasını planlaşdırdığını bildirib. 

Rumiyyə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin