Xanım sürücülərə “8 MART”x9d hədiyyəsi - 80 MANATLIQ...

Hazırda oxunan: Xanım sürücülərə “8 MART”x9d hədiyyəsi - 80 MANATLIQ...

124323
“PAŞA Sığorta”x9d şirkəti 8 mart Qadınlar günü münasibəti ilə yeni kampaniyaya başlayıb.Fins.az-ın məlumatına görə, 25 fevral-10 mart tarixləri arasında “PASHA Ladies”x9d avtomobil sığortasını əldə edən hər bir xanım sürücüyə 80 manatlıq kupon hədiyyə edilir. Kuponda olan məbləği xanımlar Bakıda yerləşən bir çox restoran, elektronika mağazaları, supermarket, geyim mağazaları, şirniyyat evləri, gözəllik salonlarında xərcləyə biləcəklər.
Qeyd edək ki, sığorta məhsulu üzrə tarif 3 % ətrafındadır. Məsələn, 35 yaşlı, 3 il sürücülük təcrübəsi olan xanım 25 min manatlıq, 2014-cü il model 2.4 l həcmli “KİA Optima”x9d avtomobilini 100 manat franşiza və rəsmi servis nəzərdə tutulmaqla 722 manata sığortalaya bilər.
Kasko sığortası etmək istəyən xanımlara sığorta haqqını hissə-hissə ödəmək imkanı da yaradılıb. 500 manata qədər sığorta haqqını 4 aya, 1000 manata qədər sığorta haqqını kimi 6 aya, 1000 manatdan çox sığorta haqqını isə 8 aya ödəmək mümkündür. Məsələn, qiyməti 15 min manat olan avtomobilin sığorta haqqı 435 manat edir. Xanım müştəri hər ay 109 manat ödəməklə “PASHA Ladies”x9d məhsulunu əldə edə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin