Yuxusuzluğun çarəsi bu bitkilərdədir

Hazırda oxunan: Yuxusuzluğun çarəsi bu bitkilərdədir

12428

Yuxusuzluq baş ağrısından əsəbiliyə, diqqətsizlikdən motivasiyaya qədər bir çox problemə səbəb olur.

Keyfiyyətsiz yuxu zehni sağlamlığı mənfi təsir etməklə yanaşı xərçəng, altheymer və ürək xəstəliklərini də yol açır.

Tibbi müalicədən başqa üsullarla da yuxusuzluğun qarşısını almaq mümkündür. Məsələn, bəzi bitkilərin yataq otağınızda olması sizin rahat yatmağınıza səbəb ola bilər.

Bizim.Media yataq otağınızdan əskik etməməyiniz gərəkən bitkiləri təqdim edir:

Lavanda

Mütəxəssislər kosmetika sənayesində geniş istifadə olunan lavanda çiçəyinin qoxusu narahatlığı və stresi azaltdığı bildirirlər.

Əsrlərdir yuxusuzluğa qarşı istifadə olunan lavanda ürək ritmini yavaşlatır və yuxuya getməyi asanlaşdırır.

Aloe Vera

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) tərəfindən havanı təmizləyən ən yaxşı bitkilərdən biri olaraq seçilən aloe veranın gecə boyunca oksigen yayır. Dekorasiya məqsədləri üçün bəzək bitkisi kimi istifadə olunan bitkinin baxımı da asandı.

Pişik otu

Kökünden istehsal olunan çayı ilə  yuxusuzluq, gərginlik kimi problemlərə çarə olan bitkinin qoxusu da dərmandır.

Yasəmən

Xoş ətri ilə tanınan yasəmən çiçəyinin insanda stresi azaltmaq və yuxu keyfiyyətini artırmaq xüsusiyyəti  var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin