Bu gün saat 13:00 radələrində Muğanlı-İsmayıllı yolunun 10-cu kilometrliyində, Basqal qəsəbəsi ərazisində hərəkətdə olan "Mercedes" markalı BA 004 KU qeydiyyat nişanlı avtobusun sürücüsü Anar Qafarov sərt döngədə idarəetməni itirərək qarşıdan gələn 77-EF-972 dövlət qeydiyyat nişanlı "MACK" markalı yük avtomobili ilə toqquşub.
Bu barədə Bizim.Media-ya DİN-dən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
“Mingəçevir” futbol klubunun avtobusu yük maşını ilə toqquşub - Yaralılar var/YENİLƏNİB
Bildirilir ki, nəticədə yük avtomobilinin sürücüsü 1949-cu il təvəllüdlü Məmmədov Əflatun Abdulla oğlu və avtobusun sərnişini "Mingəçevir" Futbol Klubunun əməkdaşı 1968-ci il təvəllüdlü Qarayev Zaur Ələş oğlu xəsarət alaraq tibb müəssisələrinə yerləşdirilib.
Qəzanın baş verdiyi əraziyə YPX əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Bizim.Media