Bakıda dünən gecə saatlarında bir qrup yeniyetmə yol kənarına yerləşdirilən bollardlara ziyan vurub.
Bizim.Media xəbər verir ki, xuliqanlıq haqqında baku.ws-in “qaynar xətti”nə məlumat daxil olub.
Yerli sakinlər bildiriblər ki, Nəsimi rayonu, Əlövsət Quliyev 92-96 küçələrində 60-dan çox bollardın qapaqları yeniyetmələr tərəfindən qopardılıb.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev baku.ws-ə bildirib ki, videogörüntü ilə bağlı araşdırmalara başlanılıb:
“Şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür”.
Bizim.Media