“Elektrik tarifləri qalxacaq” – Vahid Əhmədovdan XƏBƏRDARLIQ

Hazırda oxunan: “Elektrik tarifləri qalxacaq” – Vahid Əhmədovdan XƏBƏRDARLIQ

124217

“Elektroenergetika haqqında qanun 1998-ci ildə qəbul olunub və yenisinin qəbuluna ehtiyac var”.

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.

“İslahatları o halda həyata keçirirlər ki, rentabellik artırılsın, investisiya cəlb olunsun. Görürük ki, bu qanun “Azərişıq” və “Azəerenerji” ilə bağlıdır. Hər iki şirkət isə mənfəətlə çalışırlar. Onların Qarabağda gördüyü işlər göz qabağındadır.

Qanunun əsas məqsədi liberal bazar modelinə keçməklə bağlıdır. Lakin bu çox ciddi problemlər yaradacaq. 2002-2006-cı illərdə “Barmek” mövcud idi, onun da fəaliyyətində ciddi problemlər var idi.

İnvestisiya üçün gələn şirkət ilk növbədə elektrik tariflərinə baxacaq. Amma bu qanun sosial sahəyə ciddi təsir edəcək. Ona görə də qanunun indi qəbul edilməsinin tərəfdarı deyiləm. Əgər bu qanunu indi qəbul etsək, ciddi problemlərlə üzləşəcəyik və tariflərin qalxması zəruri olacaq”, - deyə deputat əlavə edib.
Vahid Əhmədov qanunla bağlı ictimai dinləmələrin keçirilməsini təklif edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin