“Əlillik üçün müraciət edən vətəndaşlara şablon cavablar verilir” – Deputatdan ETİRAZ

Hazırda oxunan: “Əlillik üçün müraciət edən vətəndaşlara şablon cavablar verilir” – Deputatdan ETİRAZ

124199

“Əlilliyi olan şəxslərin hüquqların təmin olunmasında bir sıra problemlər var”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Kamilə Əliyeva səsləndirib.

“Əlillik dərəcəsi almaq üçün müraciət edən bir sıra vətəndaşlara, göndərişlərin natamam doldurulması, əlavə müayinələrə ehtiyac duyulması kimi şablon cavablar verilir. Nəticədə onların hüquqları pozulur. Maraqlıdır, Ombudsman İnstitutu bu barədə hansı təkliflərlə çıxış edib? Digər tərəfdən, parkinson, epilepsiya kimi xəstəliklərdən əziyyət çəkən insanların da əlillik dərəcəsinin müəyyənləşdirilməsində problemlər var”, - deyə deputat əlavə edib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin