Fövqəladə Hallar Nazirliyinin son motirinqi və əhaliyə müraciəti səhiyyə sahəsində olan minlərlə problemdən daha birini göz önünə sərdi. Sadə adamların hansı təhlükələrə məruz qaldığının bir daha şahidi olduq.
Bəzi poliklinika və xəstəxanada radiasiya təhlükəsizliyi tələblərinə qətiyyən riayət edilmir. Belə müəssisələrinsə sayı monitorinqdən kənar kifayət qədər çoxdur.
Monitorinqlər nəticəsində təkcə Bakı şəhərində 10-a yaxın poliklinika və xəstəxanada qanunvericiliyin tələblərinin pozulması aşkar edilib və həmin tibb müəssisələrinin rentgen kabinetlərinin fəaliyyəti dayandırılıb.
MÖVZU İLƏ BAĞLI:
Rentgen və KT müayinələri ilə bağlı əhaliyə xəbərdarlıq edildi
Məsələ ilə bağlı Bizim.Media-ya danışan radioloq Qeyrət Nəsirov bildirdi ki, rentgen avadanlıqlarının və komüter tomoqrafiyası yerləşdirilən otaqlar izolyasiya edilməlidir:
“Belə hallara daha çox dövlət müəssislərində rast gəlinir. Çünki, uzun müddət təmir edilməyən səhiyyə müəssislərində retgen otaqlarının qapıları qurğuşundan deyil. Üstəlik, otaqların divarları da izolyasiya edilməyib və şüa keçirir. Bu da həm orda işləyən, həm də müayinə olunan xəstələr üçün həyati təhlükə yaradır”.
Radioloq onu da bildirdi ki, təəssüf ki, hələ də bəzi rentgen və kompüter-tomoqrafiya müayinə otaqları xüsusi icazə əsasında fəaliyyət göstərmir və onların heç biri müasir tələblərə cavab vermir. Bu çox təhlükəli haldır.
Surxay Atakişiyev, Bizim.Media