Oğuz rayonunda güclü külək kəndləri İŞIQSIQ QOYDU 

Hazırda oxunan: Oğuz rayonunda güclü külək kəndləri İŞIQSIQ QOYDU 

124132

Bu gün axşam saatlarında Oğuz rayonu ərazisində əsən şiddətli külək irigövdəli ağacı kökündən qopararaq elektrik naqillərinin üzərinə aşırıb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində irigövdəli ağacın elektrik naqillərini qırması nəticəsində Oğuz şəhərinin bir hissəsi, Calut-1, Calut-2, Bucaq, Muxas, Baş Daşağıl kəndləri və Malıx yaşayış məntəqəsinin elektrik enerjisi kəsilib.  

İlkin məlumata əsasən, elektrik enerjisinin kəsilməsi nəticəsində ümumilikdə 5 min nəfər işıqsız qalıb.

Aşan ağacın kəsilərək ərazidən təmizlənməsi və yaşayış məntəqələrinin elektrik enerjisi ilə təmin olunması istiqamətində işlər aparılır.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin