Güclü külək Biləsuvar və Cəlilabadda da fəsadsız ÖTÜŞMƏDİ  

Hazırda oxunan: Güclü külək Biləsuvar və Cəlilabadda da fəsadsız ÖTÜŞMƏDİ  

124113

Biləsuvar rayonunda güclü külək bir sıra fəsadlara yol açıb.  

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, güclü külək Biləsuvar şəhərinin elektrik təsərrüfatına ziyan vurub, şəhərin bəzi əraziləri işıqsız qalıb.  

Cəlilabad rayonunda da külək fəsadlar yaradıb. Belə ki, bir neçə dağlıq kənd işıqsız qalıb. Həmçinin külək qurumuş ağacları aşırıb.  

Hazırda elektrik enerjisinin verilməsində yaranmış problemlərin aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.  

Elşən Feyzullayev. Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin