2023-cü il martın 6-da Azərbaycanın Ali Məhkəməsində Ramiz Rzayevin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar tədbir keçirilib.
Bu barədə Bizim.Media-ya Ali Məhkəmədən məlumat verilib.
Qeyd edək ki, Ramiz Rzayev 18 il Ali Məhkəmənin sədri vəzifəsində çalışıb.
Tədbirdə çıxış edən Ramiz Rzayev zamanında ona etimad göstərdiyinə görə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiramını ifadə edib. Ali Məhkəmədə işlədiyi dövrün onun həyatında xüsusi bir səhifə olduğunu vurğulayan Ramiz Rzayev belə bir kollektivlə işləməkdən məmnunluğunu bildirib, ona göstərilən diqqət və qayğıya görə dövlətə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib.
Qeyd edək ki, Azərbaycanda Ali Məhkəmə sədri Prezidentin sərəncamı ilə 5 il müddətə təyin olunur. Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68-dir.
R.Rzayevin isə 70 yaşı yeni tamam olmuşdu. İcraatında iş olduğu zaman hakimin səlahiyyət müddəti başa çatarsa, onun səlahiyyəti həmin işə baxılıb qurtaranadək davam edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:30 / 06.03.2023
Ali Məhkəmənin sədri 18 illik vəzifəsi ilə vidalaşdı - FOTO
Hazırda oxunan: Ali Məhkəmənin sədri 18 illik vəzifəsi ilə vidalaşdı - FOTO
Hazırda oxunan: Ali Məhkəmənin sədri 18 illik vəzifəsi ilə vidalaşdı - FOTO
124094
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.