Almaniyalı səfir: “Təəssüflər olsun ki, hələ də Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayıb”

Hazırda oxunan: Almaniyalı səfir: “Təəssüflər olsun ki, hələ də Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayıb”

124093

“Gəncədə bu dağıntıları görmək, burada çoxlu sayda insanların həlak olduğunu eşitmək çox üzücüdür. Təssüf ki, hələ də Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayıb. Müharibə zonasından kənarda yaşayan dinc əhalinin evində rahat yata bilməməsi çox pis haldır. Biz çox istərdik ki, bu regionda da sülh əldə olunsun”.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bunu Gəncəyə rəsmi səfəri çərçivəsində ermənilər tərəfindən raket zərbələrinə məruz qalan ərazidə olarkən, Almaniyanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann verib.  

Onun sözlərinə görə, müharibə çox amansızdır və çox təəssüf ki, bundan dinc əhali də əziyyət çəkir.  

Səfər çərçivəsində səfirə məlumat verildi ki, Ermənistan ordusunun Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. 20-dən artıq ev tamamilə dağılıb, 100-dən artıq ev və bir o qədər də obyektə ciddi ziyan dəyib.  

Ralf Horlemann raket zərbələri zamanı həyatını itirən dinc sakinlərin ruhuna hörmət əlaməti olaraq bomba düşən ərazidəki xatirə lövhəsi önünə tər güllər düzüb.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin