“Hücuma məruz qalan xanım sürücü yox, polis əməkdaşı olub”x9d ”“RƏSMİ

Hazırda oxunan: “Hücuma məruz qalan xanım sürücü yox, polis əməkdaşı olub”x9d ”“RƏSMİ

124092

Bu günlərdə sosial şəbəkələrdə 99 FH 475 dövlət nömrə nişanlı avtomobilin xanım sürücüsüxa0ilə xa099 YP 497 nömrə nişanlı YPX ekipajının əməkdaşı arasındakı insidenti əks etdirən video görüntü yayılıb ki, bu görüntülər cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Moderator.az baş verənlərə aydınlıq gətirmək üçün Bakı Şəhər DYPİ-nin bölmə rəisi, polkovnik Vaqif Əsədova xa0müraciət edib. V.Əsədov saytımıza açıqlamasında bildirib ki, xa0baş verən hadisənin günahkarı xanım sürücü olub:

“O süjeti yayan şəxs yol polisinin fəaliyyətinə kölgə salmaq istəyir. Yəqin ki, məqsəd polisi cəmiyyətin gözündən salmaq istəyidir. Xanım sürücünün polis əməkdaşının sifətinə dırnaqları ilə xəsarət yetirməsi yəqin ki, o süjetdə yoxdur. Xanım sürücünün idarə etdiyi nəqliyyat vasitəsinin qəzalı vəziyyətdə olması ilə bağlı da yəqin ki, o süjetdə məlumat yoxdur. Səbail Rayon Məhkəməsinin həmin avtomobillə bağlı verdiyi qərarla bağlı da o süjetdə məlumat yoxdur. Dəfələrlə tərtib edilmiş inzibati protokola görə yazılmış cərimə məbləğinin 3 aydan çox ödənilməməsi ilə bağlı da o süjetdə məlumat yoxdur. Mərkəzi Məlumat Xidməti vasitəsi ilə əldə edilən məlumatlar da göstərir ki, həmin avtomobili idarə edən sürücü dəfələrlə yol hərəkət qaydasını kobud şəkildə pozmuş, ona kəsilən cərimə məbləğini ödəməkdən imtina etmişdir.

Suallara cavab olaraq bildirirəm ki, dünən 99 YP 497 dövlət nömrə nişanlı patrul avtomobili, xa0Xətai rayon ərazisində, ona təhkim edilmiş ərazidə xidmət apararkən avtomobilin qabaq sol tərəfinin qəzalı vəziyyətdə olduğunu görərək saxlama işarəsi vermiş, lakin sürücü avtomobili saxlamadan hərəkətini davam etdirmişdir.

Eyni zamanda, Babək prospektinin Nəcəfqulu Rəfiyev küçəsinə qədər saxlama işarəsinə əhəmiyyət verməyən sürücünün məcburi saxlanılması üçün patrul avtomobillərindən kömək istənilmişdir. Yol boyu dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozan xanım sürücü Nəcəfqulu Rəfiyev-Süleyman Vəzirov küçələrinin yanında məcburi saxlanılmışdır.

Saxlanılandan sonra polis əməkdaşı sənədlərə baxış keçirmək üçün sürücüyə yaxınlaşıb. Bu zaman xanım sürücü polis əməkdaşının sifətinə dırnaqları ilə xəsarət yetirib. Xanım sürücü sərnişin qismində yanında oturan, həyat yoldaşı kimi təqdim edilən şəxsin və ətrafdakı adamların yanında, hadisənin telefon vasitəsi ilə çəkildiyini görsə də nalayiq söyüşlərlə polis əməkdaşını təhqir edib. Hansı ki, yayılan vidosüjetdə yəqin ki, bunlar da öz əksini tapmayıb.

Polisin əlində olan sənədlər deməyə əsas verir ki, sürücü öz xanımlığından istifadə edib, xanımlığa yaraşmayan söyüşlərlə polisi təhqir etmiş, eyni zamanda dırnaqları ilə qəflətən polisin sifətinə xəsarət yetirmişdi. Hal-hazırda həmin xəsarətlə əlaqədar polis əməkdaşı xəstəxanada müalicə alır. Sürücü xanım və onun yanında əyləşən sərnişin, hansı ki, həyat yoldaşı kimi qələmə verib, həmin vətəndaşlar haqqında toplanan sənədlər 37-ci polis bölməsi vasitəsi ilə Xətai Rayon Məhkəməsinə təqdim edilib. Məhkəmənin qərarı əsasında 99 FH 475 dövlət nömrə nişanlı “Hyundai”x9d markalı avtomobilin sürücüsü və sərnişini 200 manat məbləğində cərimə edilib. Hazırda araşdırma davam etdirilir.

Azərbaycan mentalitetində kişinin qadına əl qaldırması mümkün deyil. Ancaq bunu yaradan amillər var. Görün xanım sürücü xanımlığını nəzərə almadan, ətrafdakı insanları nəzərə almadan polisə qarşı nə qədər aqressiya nümayiş etdirib ki, bu aqressiyanın nəticəsində həmin avtomobilin saxlanılması üçün polis əməkdaşı bütün varlığı ilə can atıb. Süjeti elə yerdən təqdim ediliblər ki, sanki polis qadına əl qaldırır. İlahi, bu mümkün deyil ki, Azərbaycan polisi durduğu yerdə sürücü xanıma əl qaldırsın.

Ilk hücum edən qadın olub və polis əməkdaşı özünü müdafiə edib. Qadın dırnaqları ilə polisə xəsarət yetirib və bundan sonra polis hadisə yerinə kömək çağırıb. Xanım qəzalı vəziyyətdə maşın sürüb. Qayda pozub, qəza şəraiti yaradıb. Saxlama işarəsinə əhəmiyyət verməyib. Bankdan, Səbail Rayon Məhkəməsindən, Mərkəzi Məlumat Xidmətindən, tərtib edilmiş protokollardan ibarət sənədlər var. Bu avtomobilin yol hərəkətindən kənarlaşdırılması ilə bağlı qərar var. Bu qədər çatışmazlığı bilən xanım bundan qaçmaq üçün məlum variantlara əl atıb. Sözsüz ki, bu variantlar da keçərli omadığı üçün başlayıb söyüş söyməyə. Həyat yoldaşının, ətrafdakı kişilərin yanında xanıma yaraşmayan söyüşlər söyüb. Mən o səslərə qulaq asıram. Mənə çox qəribə gəlir ki, doğrudanmı bizdə belə bir xanım var? Mən dəhşətə gətirəm. Mən o süjeti yaysam, o söyüşləri yaysam bilmirəm ki, nə reaksiya verilər.

Hazırda polis sifətindən aldığı xəsarətlərdən müalicə alır. Xanım sürücü və yanındakı sərnişin, əri kimi qələmə verilən vətəndaş da məhkəmənin qərarı ilə 200 manat məbləğində cərimə olunub. Araşdırma davam edir”x9d.

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin