İqtidar-müxalifət dialoqu yenidən gündəmdə -Tərəflər hazırdır

Hazırda oxunan: İqtidar-müxalifət dialoqu yenidən gündəmdə -Tərəflər hazırdır

124085
“Növbəti iqtidar-müxalifət dialoqunun keçirilməsi gündəmdədir”x9d

Bu barədə  Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.

YAP rəsmisi qeyd edib ki, iqtidar dialoqun keçirilməsi üçün əlverişli vaxt gözləyir: “Uyğun bir vaxtda müxalifət-iqtidar dialoqu baş tutacaq”x9d.

A. Mirzəzadə iqtidarın dialoq tərəfdarı olduğunu da diqqətə çatdırıb.

“Prinsip etibarilə iqtidar həmişə dialoqun təşəbbüskarı olub. Bu dəfə də eyni təşəbbüslə çıxış edəcək. Dialoq məsələsi dəqiqləşəndən sonra bu barədə ətraflı məlumat veriləcək”x9d, - deyə YAP-ın şöbə müdiri vurğulayıb.

İqtidar-müxalifət dialoqunun iştirakçılarından olan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu da Publika.az-a açıqlamasında növbəti dialoqun baş tutmasını  istədiklərini deyib.

“Dialoqun baş tutması iqtidardan asılıdır. Biz istənilən vaxt dialoqa hazırıq. Əgər dəvət olsa, bunu qəbul edərik. Lakin təşəbbüs iqtidardan gəlməlidir”x9d.

Növbəti dialoqda müzakirə mövzularının nələr olacağına gəlincə, həm müxalifət, həm də iqtidar nümayəndəsi bildirib ki, bu barədə dialoq dəqiqləşdikdən sonra danışmaq mümkündür.

Qeyd edək ki, 2014-cü ildən başlayaraq, indiyə kimi iqtidarla müxalifət arasında bir neçə dəfə dialoq baş tutub. Dialoqda BAXCP, BQP, DİP, ADP, KXCP, VİP, VHP, AMİP, MDHP, BAP, ALDP, Vəhdət, Ümid və Azadlıq partiyaları iştirak edib. Son iki ildə baş tutan dialoqlarda nə Müsavat, nə də AXCP iştirak etməyib.(Publika.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin