Dəniz obyektlərində çalışan neftçilərin karantində olan birinci qrupunun COVİD-19 infeksiyasına qarşı peyvənd olunmasına artıq başlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat verib Məlumata görə, bu qrupdan olan SOCAR əməkçiləri dənizdəki iş yerlərinə karantin müddətini tam keçdikdən sonra göndəriləcək, iş növbəsini başa vurub qayıtdıqdan sonra isə vaksinasiya qaydalarına uyğun olaraq, ikinci dəfə peyvənd olunacaqlar.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda 100 yaşlı qadın peyvənd olundu - FOTO
Vaksinasiyadan keçmiş və ya COVİD-19 infeksiyasına yoluxaraq orqanizmlərində anticism yaranmış işçilərin isə karantində saxlanılmadan birbaşa işə cəlb ediləcəyi nəzərdə tutulur.
Hazırlanmış plana əsasən, bütün dəniz neftçilərinin qısa müddətdə və mütəşəkkil qaydada peyvənd olunmaları üçün qrafik tutulmuş, zəruri tədbirlər görülüb.
Bizim.Media