İrandan idxal olunan 13 tondan çox bibərdə virus TAPILDI

Hazırda oxunan: İrandan idxal olunan 13 tondan çox bibərdə virus TAPILDI

124065

İran İslam Respublikasından idxal olunan “Ballı Store N” MMC-yə məxsus 7 425 kq, “Amotrade” MMC-yə məxsus 6 010 kq bibər məhsuluna Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən keçirilən baxış zamanı götürülmüş nümunələrin müayinələri nəticəsində karantin tətbiq olunan zərərli orqanizm – pomidor meyvələrinin qonur qırışıqlıq virusu (“Tomato brown rugose fruit virus”) aşkar olunub.

Bu barədə Bizim.Media-ya AQTA-dan xəbər verilib.

Bildirilib ki, faktla bağlı qanunvericiliyə uyğun olaraq zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyaları barədə qida təhlükəsizliyi serifikatının verilməsindən imtina edilməsi və məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsinə dair qərarlar qəbul olunub.
Məhsul partiyaları Qaradağ Rayon Qızıldağ Poliqonunda məhv edilib.

Qeyd olunub ki, cari ildə İran İslam Respublikasından idxal olunması üçün edilmiş 3 müraciət əsasında aparılan müayinələr nəticəsində bibər məhsulu partiyalarında karantin tətbiq olunan zərərli orqanizm aşkarlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin