“Tərtər işi” ilə bağlı ittiham olunan 4 nəfər - Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmənin başlayacağı tarix məlum olub.
Bizim.Media xəbər verir ki, iş üzrə hazırlıq iclası martın 14-nə təyin olunub.
Cinayət işi Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə araşdırılacaq. Bu iş üzrə 192 nəfər zərərçəkmiş qismində tanınıb.
Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. Sözügedən qərarlardan sonra aparılın istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş bir neçə hərbçi cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülərək barələrində həbs qətimkan tədbiri seçilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:35 / 06.03.2023
“Tərtər işi” ilə bağlı 4 nəfərin məhkəməsinin vaxtı MƏLUM OLDU
Hazırda oxunan: “Tərtər işi” ilə bağlı 4 nəfərin məhkəməsinin vaxtı MƏLUM OLDU
Hazırda oxunan: “Tərtər işi” ilə bağlı 4 nəfərin məhkəməsinin vaxtı MƏLUM OLDU
124039
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.