Azərbaycana 100 kq insan saçı gətirilib – Təhlükə mənbəyi qaynaq saçlar 

Hazırda oxunan: Azərbaycana 100 kq insan saçı gətirilib – Təhlükə mənbəyi qaynaq saçlar 

12402

Azərbaycana xaricdən ötən il 100 kq insan tükü idxal edilib. 

Bizim.Media xəbər verir ki, bu məlumat Statistika Komitəsinin yaydığı hesabatda yer alıb.

Bu saçlar adətən gözəllik salonlarında qaynaq kimi istifadə olunmaq üçün gətirilir. Adətən iri ticarət mərkəzləri və gözəllik salonlarında satılır. 

Ən ucuzları tünd qəhvəyi, boyasız saçlar hesab olunur.  Uzunluğu çiyinə qədər olanların 100 qramı 150 manatdan başlayır. Ən baha saçın 100 qramının qiyməti isə 400 manatdır.

Lakin bu biznesin qaranlıq və xoşagəlməz tərəfləri də var. Dünyada bu saçların ticarəti ilə məşğul olanlar ölülərin saçlarının emalını daha asan və qazanclı yol hesab edirlər.

Bu cür saçlar isə təhlükə mənbəyi ola bilər, müxtəlif xəstəliklrə yayması mümkündür. 

Qaynaq üçün saçlar daha çox Afrika ölkələrindən əldə edilir. Bu coğrafiyada ölü insanların saçının kəsilməsi üçün ailədən razılıq alınır. 

Azərbaycana isə saçlar ən çox Hindistan, Özbəkistan, Ukrayna və Çindən gətirilir. Bunlar arasında ən yaxşısı özbək saçları hesab edilir.

Onlar bütün ölkələrə təbii, rənglənməmiş şəkildə göndərilir. Özbək saçları nisbətən daha ağır olur. Ölkəmizdə əsasən müğənnilər onlardan istifadə edirlər. 100 qramı isə 1000 manat civarındadır.

Hindistandan gətirilən saçlar isə xanımlar tərəfindən o qədər də bəyənilmir. Səbəb fərqli qoxudur. Çindən idxal edilənlərdə isə elektriklənmə var.  Qeyd edək ki, Çində bu sektor olduqca geniş yayılıb və inkişaf edib.

Azərbaycanda isə sintetik saçların hazırlanması ilə məşğul olan müəssisə yoxdur. Buna görə də təbii saçlar insanlardan alınaraq gözəllik salonlarında hazırlanır.

Saçlar müştərinin istəyinə uyğun görkəmə salınır və rənglənir. Belə saçlar isə xüsusi qulluq tələb edir.

Çünki yuyulandan sonra keyfiyyəti aşağı düşür, rəngi, parlaqlığı itir. Hətta bəzən ağarmış saçları rəngləyib satışa çıxaranlar da olur ki, su dəyəndən sonra tamamən bəyaz rəngə çevrilir.

Ona görə də qaynaqdan sonra yaş saçla yatmaq məsləhət görülmür. Yatmazdan əvvəl saç dolaşmasın deyə onu hörmək və ya səliqə ilə yığmaq lazımdır.

Gül Qədirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin