AMEA: Azərbaycanda ciddi su problemi var

Hazırda oxunan: AMEA: Azərbaycanda ciddi su problemi var

124003

“Azərbaycanda ciddi su problemi yaşanır”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İradə Hüseynova TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclasında deyib.

O bildirib ki, bu problem getdikcə daha qlobal hal alır.

İradə Hüseynova eyni zamanda qeyd edib ki, biomüxtəlifliyin qorunması üçün Azərbaycanda və dünyada "Qırmızı Kitab"lar mövcuddur: 

"Bizdəki kitabın ilk nəşri 1989-cu ildə çap olunub. Orada floramız 140 növ, heyvanlar isə 108 növlə xarakterizə olunurdu. 2013-cü ildə çıxarılan ikinci nəşrdə bitki növlərinin sayı 266, heyvan növləri isə 226-yə çatıb. Hazırda "Qırmızı Kitab"ın üçüncü nəşri hazırlanır və bu il dərc olunacaq. Burada isə nəsli kəsilməkdə olan 226 heyvan növünün sayı 241-ə çatıb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin