Dünən qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 29 yaşlı baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlunun cənazəsi dəfn olunması üçün İkinci Şəhidlər xiyabanına gətirilib.
Bizim.Media xəbər verir ki, dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Yasamal rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin döyüş yoldaşları və yaxınları iştirak edirlər.
Şəhid olan hərbi qulluqçumuz Əlibəyli Şəhriyar Ramiz oğlu 2-ci Şəhidlər xiyabanında dəfn olunacaq.
MÖVZU İLƏ BAĞLI:
Şəhid Şəhriyar Əlibəyli ilə vida mərasimi KEÇİRİLİR
Allah rəhmət eləsin!
Ziya Hikmətoğlu, Əfqan Pənahoğlu, Bizim.Media