Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlu Tovuz rayonunun Hunanlar kənd sakini olub.
22 yaşlı şəhid sabah doğulduğu Hünanlar kəndində dəfn ediləcək.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, şəhidin atası Cəmil Hüseynov Birinci Qarabağ Müharibəsi iştirakçısıdır.
Ailənin böyük oğlu da hərbçidir, Naxçıvanda qulluq edir. Eşqin ailənin 2-ci oğlu idi. 2 qardaş, 1 bacıdırlar.
Mərhum Eşqin Hüseynov müddətdən artıq hərbi qulluqçu idi.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu