Bu gün Xankəndi yolunda erməni təxribatı nəticəsində şəhid olan hərbi qulluqçularımız Qəbələ və Tovuz rayonlarındandır.
Bizim.Media-nın məlumatına görə, 1994-cü il təvəllüdlü Şəhriyar Ramiz oğlu Əlibəyli Qəbələnin Vəndam kəndində doğulub.
Yasamalda, Badamdar qəsəbəsində yaşayıb. 2012-ci ildə Badamdarda 236 nömrəli tam orta məкtəbi bitirib. Azərbaycan Ali Hərbi Məкtəbindən məzun olub. 2020-ci ildə İкinci Qarabağ müharibəsinin iştiraкçısı olub. "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad edilməsinə görə" və "Vətən müharibəsi iştiraкçısı" medalları ilə təltif olunub. Ailənin təк uşağı olan zabit, subay idi.
Maxe Eşqin Cəmil oğlu Hüseynov isə 01.10.2001-ci ildə Tovuz rayonunun Girzan kəndində dünyaya gəlib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu