BİZİM TƏQVİM: 6 martda dünyada nələr olub?

Hazırda oxunan: BİZİM TƏQVİM: 6 martda dünyada nələr olub?

123933

1899-cu ilin bu günündə  aspirin əmtəə nişanı kimi qeyd edilib. Aspirinin qəbul edilməsi ürəktutma hallarının qarşısının alınmasında mühüm rol oynayır və bir çox riskləri üstələyir.

Bəs, 6 martda dünyada daha hansı hadisələr baş verib?

1.  6 mart 1869-cu ildə Dmitri Mendeleyev kimyəvi elementlərin təsnifatını verən ilk dövri cədvəli açıqlayıb.

2.  1899-cu ilin bu günündə  aspirin əmtəə nişanı kimi qeyd edilib.

3.  1902-ci ilin 6 martında FİFA tərəfindən “20-ci əsrin ən yaxşı futbol komandası” kimi dəyərləndirilən Real Madrid Futbol Klubu yaradılıb.

4.  6 fevral 1911-ci ildə Mirzə Cəlal Yusifzadənin “Fərhad və Şirin” operasının premyerası keçirilib.

5.  1924-cü ilin 6 martından İsmət İnönü Türkiyədə ikinci hökuməti qurub.

6.  1946-cı ilin 6 mart tarixində ilk uğurlu yüksək sürətli elektron kompüter "Eniac" ABŞ-da istifadəyə verilib.

7.  6 mart 1967-ci ilə İosif Stalinin qızı Svetlana Aliluyeva ABŞ-a qaçıb.

8.  6 mart 1964-cü ildə müsəlmanlığı qəbul etmiş Kassius Kley rəsmi olaraq Məhəmməd Əli adını aldı.   Bütün zamanların ən yaxşı boksçusu kimi qəbul edilən Məhəmməd Əli karyerası boyu yalnız 5 oyun uduzub.

9.  1995-ci ilin 6 mart tarixində Türkiyənin 1963-cü ildə imzaladığı Ankara Sazişilə başladığı Avropaya inteqrasiya prosesində daha bir addım atılıb. Avropa İttifaqı üzvü olan 15 ölkə ilə Türkiyə arasında Gömrük Birliyi Müqaviləsi imzalanıb.

10.   6 mart 2015-ci ildə Bakı Olimpiya Stadionunun açılışı olub.

Bu gün həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1.  6 mart Azərbaycan Xalq Cümhuiyyətinin qurucusu, müsəlman Şərqində ilk respublikanın yaradıcısı dahi Məhəmməd Əmin Rəsulzadənin xatirə günüdür. M.Ə.Rəsulzadə Rusiya imperiyasının Bakıda 1920-ci ilin aprel çevrilişindən - Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra həbs olunub. Azad edildikdən bir müddət sonra Moskvada işləməyə göndərilib. Oradan Finlandiyaya, sonra Türkiyəyə mühacir olaraq gedən Məhəmməd Əmin Rəsulzadə 1955-ci ilin 6 mart tarixində son dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan” deyərək gözlərini bu dünyaya əbədi yumub və Ankara Əsri Məzarlığında torpağa tapşırılıb. (1884-1955)

2.  Çar Rusiyasının general-mayoru, Hərbiyyə naziri yanında tapşırıq generalı. “Artilleriyanın atası” generalı Əliağa Şıxlınski və General Səməd bəy Mehmandarovla çiyin-çiyinə vuruşmuş İbrahim ağa Usubov 6 mart 1872-ci ildə anadan olub.

3.  1889-cu ilin bu günü özbək şairi, maarifçisi və ictimai xadimi Həmzə Həkimzadə Niyazi dünyaya gəlib.

4.  6 mart milli və tarixi hekayələri ilə tanınan Türkiyə yazıçısı Ömər Seyfəddinin xatirə günüdür. O, 1920-ci ilin bu günü 36 yaşında dünyadan köçüb. (1884 - 1920)

5.  Nasir, dramaturq, publisist, tərcüməçi və Əməkdar incəsənət xadimi Yusif Əzimzadə 1984-cü ilin bu hünündə vəfat edib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin