Vəkil Elton Quliyev haqda kitab yazılır

Hazırda oxunan: Vəkil Elton Quliyev haqda kitab yazılır

123854
Kinoşünas Sevda Sultanova mərhum vəkil Elton Quliyev haqda kitab yazır. O,  deyib ki, hazırda kitab üçün materiallar (faktlar, xatirələr və s.) toplamaqdadır.

“Neçə vaxtdir, az qala gecə-gündüz bu kitabı düşünürəm. İstəyirəm, Elton bəyə layiq kitab olsun”x9d - S.Sultanova deyib.

Vəkil Elton Quliyev AzadlıqRadiosunun araşdırmaçı-jurnalisti Xədicə İsmayılın həbsi zamanı onu ilk müdafiə edənlərdən olub. Daha sonra səhhətinə görə bu işdən uzaqlaşıb. O, 1996-cı ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü idi. 

Elton Quliyev 1977-1991-ci illərdə Bakı şəhər Daxili işlər idarəsində və Azərbaycan SSR Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, İstintaq bölməsinin rəisi, istintaq idarəsinin rəis müavini vəzifələrində çalışıb.1991-ci ildə öz istəyi ilə daxili işlər orqanlarından çıxıb. 59 yaşında xərçəng xəstəliyindən vəfat edib. (Azadlıq radiosu)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin