Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalında zəlzələdən ziyan çəkmiş insanlara tibbi xidmət davam etdirilir.
Bu barədə Bizim.Media-ya FHN-dən bildirilib.
Məlumata görə, ümumilikdə ötən günlər ərzində 562-si uşaq olmaqla 2639 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.
Qeyd edək ki, zəlzələ bölgəsində yerli tibbi infrastrukturun tədricən bərpa olunması nəzərə alınaraq, Fövqəladə Hallar Nazirliyinin Kahramanmaraşda olan mobil səhra hospitallarından biri bu gün Bakıya gətirilib, digər hospital isə fəaliyyətini fasiləsiz davam etdirir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:08 / 04.03.2023
FHN-in mobil səhra hospitalında zəlzələdən ziyan çəkənlərə tibbi xidmət DAVAM ETDİRİLİR – FOTO/VİDEO
Hazırda oxunan: FHN-in mobil səhra hospitalında zəlzələdən ziyan çəkənlərə tibbi xidmət DAVAM ETDİRİLİR – FOTO/VİDEO
Hazırda oxunan: FHN-in mobil səhra hospitalında zəlzələdən ziyan çəkənlərə tibbi xidmət DAVAM ETDİRİLİR – FOTO/VİDEO
123825
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.