Paytaxt meriyasının layihəsinə daha bir rayon qoşuldu - FOTOLAR

Hazırda oxunan: Paytaxt meriyasının layihəsinə daha bir rayon qoşuldu - FOTOLAR

12382

Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Britaniyanın Mott MacDonald şirkətinin birgə həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin icrasına paytaxtın Nərimanov rayonundan sonra Nizami rayonunda start verilib. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti yayıb.

Mənbə yazır ki, ilk növbədə Nizami rayonu ərazisində 380 ədəd konteyner meydançası yaradılaraq yaşıl və narıncı rənglərdə yeni və müasir konteynerlər quraşdırılıb.

Əraziyə cavabdehlər təyin olunub. Layihənin vacib istiqamətlərindən olan vətəndaşların maarifləndirilməsi işlərinə Bakı Şəhər və Nizami Rayon İcra Hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri, gənclər və könüllülər cəlb edilib.

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən İcitmai Birlriyin könüllüləri maarifləndirməişlərinə yaxından dəstək verirlər. 

Layihənin vətəndaşlara izahı məqsədilə müvafiq qurumların əməkdaşları və könüllülər sakinlərlə görüşlər keçirir, mənzillərə yaşıl və narıncı rəngli paketlər, izahedici bukletlər paylayır, məhəllə və binaların bloklarına maarifləndirici posterlər yapışdırır. Təbliğat və maarifləndirmə işlərinin KİV-lərdə də geniş aparılmasına başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin