“Bravo”dakı hadisədə ölən şəxs bu nazirliyin əməkdaşı olub - RƏSMİ 

Hazırda oxunan: “Bravo”dakı hadisədə ölən şəxs bu nazirliyin əməkdaşı olub - RƏSMİ 

123810

Bu gün günorta saatlarında Bakının Xətai rayonu "Nargilə kafesi" adlanan əraziyə yaxın olan "Bravo" hipermarketində atışma nəticəsində həlak olan Həşimov Rüfət Rahib oğlu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı olub.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyin yaydığı birgə rəsmi məlumatda qeyd olunub.
 

MÖVZU İLƏ BAĞLI:

“Bravo”dakı hadisədə ölən şəxs bu nazirliyin əməkdaşı olub - RƏSMİ


Məlumata görə, silahlı insident nəticəsində yaralanan Samir Şeydayev isə Unibank Kommersiya Bankı ASC-nin əməkdaşı olub.

Qeyd edək ki, bu gun günorta saatlarında Bakıda marketdə silahlı atışma olub. Hadisə Xətai rayonundakı "Bravo" Əhmədli Hipermarketində qeydə alınıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır. Hadisə nəticəsində Həsənov Rüfət Rahib oğlu ölüb, 2 şəxs isə xəsarət alıb. Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Hücumun inkassatorun maşınına olduğu bildirilir. Hadisəni törədən şəxslərin avtomobildəki pulları da oğurladığı deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin