Prezidentlər iki gündə nə haqda danışıblar? - TƏHLİL

Hazırda oxunan: Prezidentlər iki gündə nə haqda danışıblar? - TƏHLİL

123798
Rusiya prezidenti Vladimir Putinin Azərbaycanın dövlət başçısı İlham Əliyevlə telefonla apardığı intensiv danışıqlar müzakirə mövzusudur.

“Atlas”x9d araşdırmalar mərkəzi prezidentlərin danışıqlarına dair analitik yazı ilə çıxış edib.

Bildirilib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) fevralın 23-də Moskvaya göndərdiyi notada Rusiyanın Ermənistana silah və hərbi texnikanın alınması üçün 200 milyon dollar kredit verməsindən narahatlıq ifadə olunub.

“Əlbəttə, istənilən ölkəyə silah satması və ya bu məqsədlə kredit ayırması Rusiyanın hüququdur. Ancaq Kreml hər yerdə beynəlxalq hüququn aliliyindən və Suriyanın ərazi bütövlüyünə hörmətdən danışır. Buna görə də Kreml Suriya kimi Azərbaycanın ərazi bütövlüyünə da hörmət etməlidir. Rusiya Ermənistana silah verə bilər, ancaq üzərinə təminat götürməlidir ki, bu silahlar Azərbaycanın işğal altındakı torpaqlarında yerləşdirilməyəcək. Elə Azərbaycan XİN-nin notası da məhz bu sözlərlə bitir ki, Rusiya 200 milyon dollarlıq silah və texnikanın işğal altındakı ərazilərdə yerləşdirməyəcəyinə dair zəmanət verməlidir”x9d,-deyə qeyd olunub.

“Atlas”x9daraşdırmalar mərkəzi hesab edir ki, Kreml belə bir zəmanət verməyəcək.

“Çünki Rusiya həmin silah və texnikanı kasıb Ermənistana məhz ona görə verir ki, separatçılar Azərbaycan qarşısında hərbi nöqteyi-nəzərdən zəifləməsinlər. Azərbaycanın hərbi imkanları və hərbi büdcəsi ilbəil artır. Ermənistanın isə belə imkanları yoxdur. Ona görə də Rusiya Ermənistana köməyini artırır.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova həftəlik mətbuat konfransında bu mövzuda suala cavab verərkən dedi ki, Moskva Cənubi Qafqazda balansı saxlamaq üçün həm Azərbaycana, həm də Ermənistana silah satır. Əslində bu belə deyil. Rusiya Azərbaycana silah satır və pul qazanır, Ermənistana isə silahı pulsuz verir və bundan qazancı olmur.

Rəsmi Bakının Moskvaya göndərdiyi notadan iki gün sonra Azərbaycan və Rusiya prezidentləri telefonla danışdılar. Rəsmi məlumatda prezidentlərin Suriyada əldə olunan atəşkəs razılaşmasından danışdıqları bildirildi. Bir gün sonra, yəni fevralın 26-da prezidentlər yenidən telefonla danışdılar.

Beləliklə, Azərbaycan və Rusiya prezidentləri iki gün ərzində (25 və 26 fevral) iki dəfə telefonla danışdılar. Görəsən prezidentləri telefonla iki gün dalbadal müzakirə aparmağa nə vadar edib?

Yaxın tarixdə Rusiya və Azərbaycan prezidentlərinin iki gün ard-arda telefonla danışdığını xatırlamaq çətindir. Azərbaycan o ölkə deyil ki, Moskva Bakı ilə beynəlxalq mövzuları geniş müzakirə etsin. Rusiyanın Ermənistana silah almaq üçün verdiyi 200 milyon dollarlıq kreditdən sonra prezidentlərin Dağlıq Qarabağ probleminin müzakirəsi də az ehtimal olunur. Bu Putin üçün aktual mövzu deyil. Bəs onda prezidentlər nəyi müzakirə ediblər?”x9d.

Şərhə görə, birincisi, İlham Əliyev İrana səfərinin nəticələri barədə Vladimir Putini məlumatlandıra bilərdi.

“Çünki, Azərbaycan prezidentinin İrana səfərinin Rusiyaya da aidiyyatı var. Azərbaycan Rusiya ilə İran arasındakı dəmir yolu tikintisini bu ilin sonuna qədər başa çatdırmaq istəyir. Bunun nəticəsində Rusiya öz mallarını həm İrana, həm də İran üzərindən Fars körfəzi üzərindən başqa Asiya ölkələrinə ixrac edə bilər. İran da öz növbəsində mallarını Azərbaycan və Rusiya üzərindən Avropa ölkələrinə daşıya bilər. Yəni rəsmi Bakının şimal-cənub xəttini birləşdirməsindəki təşəbbüskarlığı Rusiyanın da xeyrinədir.

İkincisi, Rusiya Suriya məsələsində Azərbaycanın neytral qalmasını istəyir. Digər tərəfdən Putin Suriya məsələsində rəsmi Bakının Türkiyəni dəstəkləməsini və Azərbaycanın “İslam koalisiyasında”x9d yer almasını istəmir. Bu məsələdə Kremlin narahatlığı üçün əsas yoxdur. Azərbaycan Suriya məsələsində neytrallığını qoruyacaq, “islam koalisiyasına”x9d üzvlük də planda yoxdur. Rəsmi Bakı Suriyaya görə balanslaşdırılmış xarici siyasətindən imtina etməyəcək.

Putin Əliyevə ikinci dəfə fevralın 26-da zəng edib. Azərbaycanda bu tarixi Xocalı soyqırımı kimi qeyd edirlər, müxtəlif ölkələrdə, o cümlədən Putinin tənqid etdiyi qardaş Türkiyədə müxtəlif anım mərimləri keçirildi. Ona görə də telefon danışığı ilə bağlı bu sual da aktualdır: Putin Xocalı soyqırımının ildönümü ilə bağlı Əliyevə başsağlığı veribmi? Çətin. Başsağlığı olsaydı Azərbaycan XİN bu haqda məlumat verərdi”x9d.(Modern.az )
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin