Hipermarketdəki silahlı hücumla bağlı DİN-dən XƏBƏRDARLIQ

Hazırda oxunan: Hipermarketdəki silahlı hücumla bağlı DİN-dən XƏBƏRDARLIQ

123792

Bu gün Xətai rayonunda yerləşən “Bravo” hipermarketində baş vermiş silahlı hücumla bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. 

DİN-dən Bizim.Media-ya verilən məlumatda bildirilir:

“Sosial şəbəkələrdə yayılan fotoşəkillər Xətai rayonunda olan hadisə ilə əlaqəsi yoxdur. Həmin fotoşəkilləri yaymamağı tövsiyə edirik”.

Qeyd edək ki, bu gun günorta saatlarında Bakıda marketdə silahlı atışma olub. Hadisə Xətai rayonundakı "Bravo" Əhmədli Hipermarketində qeydə alınıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır. Hadisə nəticəsində Həsənov Rüfət Rahib oğlu ölüb, 2 şəxs isə xəsarət alıb. Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Hücumun inkassatorun maşınına olduğu bildirilir. Hadisəni törədən şəxslərin avtomobildəki pulları da oğurladığı deyilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin