Azərbaycanda bu gün baş verən zəlzələ ilə bağlı RƏSMİ MƏLUMAT 

Hazırda oxunan: Azərbaycanda bu gün baş verən zəlzələ ilə bağlı RƏSMİ MƏLUMAT 

123778

Bu gün Hacıqabulda yerli vaxtla saat 10:40:02, 10:40:19 və 11:00-da qeydə alınan hər üç zəlzələ xırda təkanlardır. Maqnitudaları azdır və hiss olunmayıb. Odur ki, vətəndaşlar bundan narahat olmasınlar. 

Bizim.Media xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib. 

V.Rafiqqızı bildirib ki, xırda zəlzələlər həmin ərazidə enerji yığılmasının qarşısını alır. Bu da daha böyük maqnitudalı zəlzələlərin başvermə ehtimalını azaldır. 

Mərkəzin şöbə müdirinin sözlərinə görə, maqnitudası 3-dən yuxarı olan, hiss olunmayan zəlzələlər haqqında məlumatlar beynəlxalq razılaşmaya əsasən yerli seysmoloji mərkəzlər tərəfindən ictimaiyyətə açıqlanır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin