Bakının Xətai rayonunda silahlı insidentin baş verdiyi əraziyə təcili tibbi yardım briqadaları cəlb olunub.
Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat yayıb.
Məlumatda qeyd olunub ki, baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub.
MÖVZU İLƏ BAĞLI:
Bakıda baş verən atışma ilə bağlı araşdırma aparılır - Baş Prokurorluq
Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir. 1 nəfər hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, bu gun günorta saatlarında Bakıda marketdə silahlı atışma olub. Hadisə Xətai rayonundakı "Bravo" Əhmədli Hipermarketində qeydə alınıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır. Hadisə nəticəsində Həsənov Rüfət Rahib oğlu ölüb, 2 şəxs isə xəsarət alıb. Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Hücumun inkassatorun maşınına olduğu bildirilir. Hadisəni törədən şəxslərin avtomobildəki pulları da oğurladığı deyilir.
Bizim.Media