“Məişət zorakılığını yaradan əsas səbəblərlə bağlı aparılan təhlillər zamanı məlum olub ki, zorakılıq halları daha çox kənar şəxslərin müdaxiləsindən yaranır”.
Bu barədə Bizim.Media-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması üzrə sektorunun müdiri Vəfa Ələkbərova məlumat verib.
Belə ki, zorakılıq faktlarının 62 faizi məhz kənar müdaxilədən yaranıb:
“Komitə tərəfindən aparılan təhlilə əsasən alkoqol və narkotik asılılığı, (61 faiz), xarakterdə zorakılığa meyllilik (56 faiz), maddi problemlər (54 faiz), qısqanclıq (45 faiz) və uşaqlıqda yaşanan zorakılıq təcrübəsi (42 faiz) məişət zorakılığında daha çox rol oynayan səbəblərdir. Son illər daha çox hansı tip məişət zorakılığında artımların olmasına gəlincə isə, qurum rəsmisi bildirib:
“2022-ci il ərzində Dövlət Komitəsinə 409 psixoloji və 304 fiziki zorakılıqla bağlı müarciət daxil olub”.
Qeyd edək ki, Komitəyə müraciət edənlər arasında xarici vətəndaşlarla ailə quranlar da olub.
Belə ki, ötən il Komitəyə bu qəbildən olan 2 nəfər psixoloji və fiziki zorakılıq halı ilə bağlı müraciət edib:
“Faktlarla bağlı tədbir görülməsi üçün müvafiq qurumlara rəsmi müraciət edilib”.
Aygün İbrahimli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:30 / 03.03.2023
“Ailədə zorakılıqlar əsasən kənar müdaxilələrdən qaynaqlanır” – DÖVLƏT KOMİTƏSİ
Hazırda oxunan: “Ailədə zorakılıqlar əsasən kənar müdaxilələrdən qaynaqlanır” – DÖVLƏT KOMİTƏSİ
Hazırda oxunan: “Ailədə zorakılıqlar əsasən kənar müdaxilələrdən qaynaqlanır” – DÖVLƏT KOMİTƏSİ
123658
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.