Ədəbi tənqdiçi, filologiya elmlər doktoru Vaqif Yusifli AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda “İlin alimi”x9d mükafatına layiq görülüb.
Moderator.az xəbər verir ki, mükafat institutun bir neçə əməkdaşına 2015-ci ildəki ədəbi yaradıcılıqda əldə etdikləri uğurlara görə verilir.
Qeyd edək ki, uzun müddət AYB-in mətbu orqanı olan “Azərbaycan”x9d jurnalının baş redaktor müavini olan Vaqif Yusifli əsasən ədəbi tənqidçi kimi tanınır. Hazırda Ədəbiyyat İnstitutunun “Müasir Azərbaycan ədəbiyyatı”x9d şöbəsində çalışır.
Elmin Nuri



































































































