Məşhur seysmoloq, astronom Frank Huqerbits daha bir qorxulu proqnoz verib.
O, qarşıdakı günlərdə, yəni martın ilk həftəsi yenidən güclü zəlzələ olacağını deyib:
"Yer planeti Merkuri və Saturunla yaxınlaşacaq. Bu da dünyada böyük zəlzələlərin olacağı deməkdir. Mart ayının ilk həftəsi çox kritik dövrdür. Ayın 2-də 9 saat ərzində Yer kürəsinin də daxil olduğu planetar birləşmə yaşanacaq".
Frank Hugerbits baş verəcək zəlzələnin 7 və 8 baldan çox olacağını deyib:
"Mən insanlarda qorxu yaratmağa çalışmıram. Müşahidələrimdən belə nəticəyə gəlirəm ki, martın 3-ü və 4-ü tarixlərində böyük seysmik hadisə ola bilər. Bu tarix martın 6 və 7-sinə də dəyişə bilər. Heç nəyi şişirtmirəm. Qorxu yaratmıram. Bu bir xəbərdarlıqdır. Martın ilk həftəsində 7 və 8 baldan artıq yüksək seysmik hadisə gözlənilir".
Görəsən, onun bu dəfəki proqnozu nə dərəcədə realdır? Realdırsa, hansı ərazilərdə zəlzələ ehtimalı vardır? Azərbaycanda seysmoloji durumu nə vəziyyətdədir?
Bizim.Media-ya açıqlamasında Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya Şöbəsinin müdiri Tahir Məmmədli bildirir ki, Frank Huqerbitsin dediklərinin heç bir əsası yoxdur:
“Öncədən zəlzələnin baş verməsini heç kim deyə bilmir. Məntiqlə götürsək merkuri və saturundan yerə olan təsirlər kiçik deyil, böyük əraziləri əhatə etməlidir. Həmin şəxs 50 yer göstərir, onlardan birində zəlzələ olan kimi deyəcək ki, proqnozu özü verib. Onsuz da yerdə hər zaman zəlzələlər olur. Növbəti dövrdə baş verən zəlzələlərdən birini də belədə öz adına yazacaq. Belə insanlar praktikamızda çox olub. Onun ümumiyyətlə seysmologiyadan başı çıxmır”.
Ekspert Azərbaycanda seysmoloji durumun fon səviyyəsində olduğunu bildirir:
“Tam sakitlikdir. Amma nə olub-olmayacağı barədə proqnoz verə bilmirik. Anomal bir şey görmürük”.
Bəzi ekspertlər isə Frank Huqerbitsin hansısa mərkəzlərlə əlaqələi işlədiyi qəanətindədirlər. Onlar düşünür ki, artıq dünya xaos dövrünə girib və yaxın bir neçə ildə bu cür müxtəlif psixoloji atakların olacağı gözələnilir. Və yaradılmış bu rəylər altında super güclər öz siyasətlərini həyata keçirəcəklər.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:45 / 03.03.2023
Pandemiya bitdi, növbəti XAOS – Zəlzələşünas Frank Huqerbitsi danışdıran KİMDİR?
Hazırda oxunan: Pandemiya bitdi, növbəti XAOS – Zəlzələşünas Frank Huqerbitsi danışdıran KİMDİR?
Hazırda oxunan: Pandemiya bitdi, növbəti XAOS – Zəlzələşünas Frank Huqerbitsi danışdıran KİMDİR?
123630
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.