“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Dənizçilər poliklinikası” MMC-nin ləğv olunmasına başlanılıb.
Bizim.Media xəbər verir ki, bununla əlaqədar şirkətin direktoru Fəxrəddin Abdullayev vəzifəsindən azad edilib, ləğv prosesi isə İsmayıl Hüseynova həvalə olunub.
Xatırladaq ki, sözügedən şirkət vaxtilə ASCO-nun balansında olmuş, sonradan isə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi) təhvil verilmiş, hazırda Dövlət Gömrük Komitəsinin balansında olan “Mərkəzi Dənizçilər Xəstəxanası”nın idarə edilməsi məqsədi ilə yaradılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:35 / 19.02.2021
''Kaspar'' poliklinikası bağlanır
Hazırda oxunan: ''Kaspar'' poliklinikası bağlanır
Hazırda oxunan: ''Kaspar'' poliklinikası bağlanır
12356
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.