“Kontakt” da 8 marta özəl “Qadınlar nə istəyir?” kampaniyası - 50%-DƏK ENDİRİM

Hazırda oxunan: “Kontakt” da 8 marta özəl “Qadınlar nə istəyir?” kampaniyası - 50%-DƏK ENDİRİM

123535

“8 Mart Beynəlxalq Qadınlar Günü”nə sayılı günlər qaldığı vaxtda həyatınızdakı və ətrafınızdakı qadınlara hər istədiklərini ala bilməyiniz üçün “Kontakt” “Qadınlar nə istəyir?” kampaniyasına start verir.

Kampaniya şərtlərinə görə bu gündən şəbəkənin bütün mağazalarında hər növ məhsullara nağd alışda 50%-dək endirim olacaq. Nağd təkliflərdə olduğu kimi kreditlə alış-veriş şərtləri də demək olar hər cibə uyğundur. Belə ki, martın 12-dək hədiyyə alacağınız xanımlardan “Qadınlar nə istəyir?” sualının cavabını təxmini tapıb ona uyğun olaraq smartfonları ilkin ödənişsiz, 12 ay faizsiz, televizor, məişət əşyalarını, ev tekstilini 18, mebelləri isə tam 24 ay ilkin ödənişsiz, faizsiz, hələ üstəlik komissiyasız şərtlərlə ala bilərsiniz. 

İndi isə “Qadınlar bu hədiyyələri 100% istəyə bilər” deyə düşünüb sizin üçün bir araya gətirdiyimiz təkliflərə gəlin nəzər salaq:

128 GB yaddaşlı, 6.56"-lük geniş ekranlı Oppo A77S smartfonu ilə sizə əziz olan xanımı sürpriz içində sürprizlə təəccübləndirə biləcəksiniz. Sözümüzün canı var. Belə ki, sözügedən smartfonu nağd alışda 730 yox, cəmi 599 manata aldıqda, qiyməti 90 manat olan Oppo Buds 2 blutuz qulaqlığı sizə pulsuz hədiyyə olunacaq. 

Hava axını 2200 Vt gücdə olan Rowenta feni qiymətinin haqqını artıqlaması ilə ödəyir. 2 sürətdə çalışa bilən bu fenlə saçları qurutmaq və zədələmədən ipək kimi düz formaya salmaq dəqiqələr içində mümkündür. İstənilən xanımın ürəyincə olacaq bu hədiyyəni 130 yox, endirimlə sadəcə 49 manata ala bilərsiniz. 

Kreditlə: 

Hədiyyə alacağınız xanıma həmişə yanında daşıya biləcəyi zərif və estetik hədiyyə axtarışındasınızsa seçiminizi Lora smart saatı ilə edin. Qiyməti ayda cəmi 10 manat olan bu smart saat həm incə tərz yaradır, həm də ürək ritmi, qanda oksigen səviyyəsi göstəricisi, yuxu analizi kimi funksiyaları ilə insan sağlamlığının qayğısına qalır.

İndi isə qadınların arzusuna çevrilən hədiyyədən yəni –Dyson multistaylerindən bəhs edəcəyik. 3 rejimi sayəsində dəqiqələr ərzində düz, dalğalı və buruq saç düzümləri əldə etməyə imkan verən modeli çox yox ayda cəmi 128 manat ödəməklə almaq mümkündür. 

Hədiyyə təklifləri saymaqla bitməz. Odur ki, “Qadınlar nə istəyir?” sualına cavab tapmaq üçün kontakt.az saytına daxil olun və ya sevindirən şəbəkənin ünvanlarına üz tutun. 

“Kontakt” qarşıdan gələn “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə bütün xanımları ürəkdən təbrik edir!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin