Partiyaların LƏĞV olunmasına başlandı - “Bu digərlərinə də nümunə olacaq” - Abutalıb Səmədov

Hazırda oxunan: Partiyaların LƏĞV olunmasına başlandı - “Bu digərlərinə də nümunə olacaq” - Abutalıb Səmədov

123532

Azərbaycan Naminə Alyans Partiyası ləğv olunmaq barədə qərar qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə partiya xüsusi Bəyanat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Hansı partiyalar birləşməyə hazırlaşır? - Birləşənlərin SİYAHISI


Bəyanatda ilk növbədə partiyanın yaradılması və fəaliyyəti ilə bağlı qısa xülasəyə yer verilib.

Daha sonra bildirilib ki, ANAP-ın "Siyasi partiyalar haqqında” yeni Qanunun qüvvəyə minməsindən sonra toplaşan növbədənkənar 5-ci qurultayı keçirilib.

Qurultayda yeni Qanunun tələblərinin icra olunması vəziyyəti və yaranmış yeni şəraitdə atılacaq addımlar müzakirə edilib və ANAP-ın ləğvi barədə qərar qəbul edilib:

"Partiyanın fəaliyyəti üçün tələb olunan üzv sayının təmin olunmasının çətinliklə də olsa mümkünlüyünə baxmayaraq Respublikada formalaşmış tamamilə yeni şəraiti, siyasi fəaliyyətə başlamağımızın əsas səbəbi olan ən böyük problemimizin - ərazi bütövlüyümüzün təmin olunması - həll olunduğunu və xalqımızın bölünmək deyil, birləşmək istəyini nəzərə alaraq, "Siyasi partiyalar haqqında” Qanunun 9.2 və 14.2.5 maddələrinin və ANAP Nizamnaməsinin 5-ci bəndinin tələblərini əldə rəhbər tutaraq qurultay Partiya sədrinin təklifi ilə razılaşdı və ANAP-ın ləğv olunması barədə qərar qəbul etdi.

Ümid edirik ki, bizim tutduğumuz yol digər siyasi partiyalar və liderlər üçün nümunə olacaq və onlar da dövlətçiliyimizin inkişafının bu mühüm mərhələsində faydalı olmaq üçün ən düzgün addımı atmağa çalışacaqlar”.

Bəyantda ANAP sədri Abutalıb Səmədov bundan sonra fəaliyyətini müstəqil siyasətçi – siyasi ekspert kimi davam etdirəcəyi vurğulanıb. 

Qeyd edək ki, Azərbaycan Naminə Alyans Partiyası 1994-cü il 17 noyabrda təsis olunub. ANAP 1995, 2000 və 2005-ci illərdə parlament, 1998 və 2003-cü il prezident seçkilərində iştirak edib.

Partiya sədri Abutalıb Səmədov isə II çağırış Milli Məclisin deputatı, Müəllif Hüquqları Agentliyinin sədri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini kimi vəzifələrdə çalışıb.

Onu da əlavə edək ki, bir müddət əvvəl ANAP-ın Yeni Azərbaycan Partiyasına birləşməsi ilə bağlı xəbərlər yayılsa da Abutalıb Səmədov bu iddiaları təkzib etmişdi.

Murad Əhmədov, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin