Bakı Şəhər Təhsil İdarəsində struktur dəyişikliyi edildi

Hazırda oxunan: Bakı Şəhər Təhsil İdarəsində struktur dəyişikliyi edildi

123460

Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) optimallaşdırma istiqamətində görülən tədbirlər çərçivəsində struktur dəyişikliyi aparılıb.

Bu barədə Bizim.Media-ya BŞTİ-dən məlumat verilib.

Məlumata görə, dəyişikliyin əsas məqsədi BŞTİ-nin fəaliyyətində səmərəliliyin artırılması və idarəetmədə müasir yanaşmaların tətbiqinin təmin olunmasından ibarətdir:

“Yeni struktura uyğun olaraq bəzi sektorlar fəaliyyət dairəsinin uyğunluğu nəzərə alınaraq birləşdirilib. Belə ki, Ümumi sektor və Hüquq sektoru birləşərək Hüquq, kargüzarlıq və vətəndaşlarla iş sektoru, Təminat və təchizat sektoru ilə Təsərrüfat sektoru birləşərək Təminat, təchizat və təsərrüfat sektoru adlandırılıb. Həmçinin Məktəbəqədər təhsilin təşkili sektoru yaradılıb, bəzi sektorların isə adları dəyişib”.

Qeyd edək ki, BŞTİ 10 sektordan, Təlimə Dəstək Mərkəzindən, 6 xidmət və əməliyyat mərkəzindən ibarətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin