Bu günlərdə sosial şəbəkələrdə Milli Məclis üzlərinin aktivliyi və passivliyi ilə bağlı məlumat yayılıb. Yayılan məlumat geniş əks-səda doğurub. Çünki, bəlli olub ki, bəzi deputatlarımız Milli Məclisin plenar iclaslarında illərdir ki, danışmırlar. Məsələn, 2020-2022-ci illərdə Milli Məclisin yaz, payız və növbədənkar sessiyaları ərzində 118 plenar iclası keçirilib.
Lakin, bu qədər iclasda 9 Millət vəkili bircə dəfə də olsun söz alıb, danışmayıb. Son 3 ildə plenar iclasda danışmayan deputatlarımız bunlardır.
1. Vasif Talıbov,
2. Madər Musayev,
3. Ülvi Quliyev.
4. Mixail Zabelin
5. Oqtay Əsədov
6. Anatoli Rafailov
7. Ağalar Vəliyev
8. Ülviyyə Ağayeva
9. İmamverdi İsmayılov
2022-cil ildə Milli Məclisin yaz, payız və növbədənkənar sessiyaları ərzində isə 37 plenar iclası keçirilib. Bu iclaslarda isə 20 deputat danışmayıb. Milli Məclisin ötən ilki iclaslarında danışmayan deputatlarsa bunlardır:
1. Vasif Talıbov
2. Ülviyyə Ağayeva
3. Ülvi Quliyev
4. Kəmaləddin Qafarov
5. Ziyad Səmədzadə
6. Novruzəli Aslanov
7. Rasim Musabəyov
8. Oqtay Əsədov
9. Afət Həsənova
10. Ramil Həsən
11. Mixail Zabelin
12. Azər Kərimov
13. Madər Musayev
14. İmamverdi İsmayılov
15. Nizami Cəfərov
16. Bəxtiyar Sadıqov
17. Səttar Möhbalıyev
18. Anatoli Rafailov
19. Ağalar Vəliyev
20. Elman Məmmədov
Bizim.Media olaraq danışmayan deputatların bir çoxu ilə əlaqə saxlamaq istədik. Lakin, cəhdlərimiz əsasən boşa çıxdı.
Yalnız Millət vəkili Nizami Cəfərov telefonun dəstəyin qaldırdı. Və siyahıyla qismən razı olduğunu bildirdi:
“Bəli, mən adətən plenar iclaslarda çıxış etmirəm. Çünki, plenar iclasda çıxış etmək daha çox çıxış xatirinə olur. Məsələn, hansısa qanun layihəsinin ikinci və yaxud üçüncü oxunuşunda təklif vermək o qədər də faydalı deyil. Çünki, artıq müəyyən qərarlar verilmiş olur. Lakin komitə iclasında olunan əksər təkliflər qanun layihəsində nəzərə alınır. Ona görə də mən də komitə iclasında təklif və iradlarımı deyirəm ki, sözüm yerə düşməsin, qəbul edilsin”.
Millət vəkili bir təklif də verdi:
“Yaxşı olardı ki, monitorinq aparılsın ki, plenar iclasda səslənən təkliflərin neçə faizi qanun layihəsində sonradan öz əksini tapır”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:00 / 03.03.2023
9 deputat 3 ildə bir dəfə də olsun çıxış etməyib - SİYAHI
Hazırda oxunan: 9 deputat 3 ildə bir dəfə də olsun çıxış etməyib - SİYAHI
Hazırda oxunan: 9 deputat 3 ildə bir dəfə də olsun çıxış etməyib - SİYAHI
123455
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.